Gəncədə qadın sürücü "Porcshe"ni aşırdı - FOTO

3 Sentyabr 2022 20:48

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az bizim.media-ya istinadən bildirir ki, şəhərin Şah İsmayıl Xətai prospektində 1973-cü il təvəllüdlü Aynur Hüseynovanın idarə etdiyi "Porcshe" markalı minik maşını ilə hərəkətdə olarkən aşıb.

Qəza zamanı "Porcshe" əvvəlcə "Mercedes" markalı avtomobilə, daha sonra isə yol kənarındakı ağaca çırpılıb.

Xoşbəxtlikdən qəza nəticəsində xəsarət alan olmayıb.

Fakla bağlı araşdırma aparılır.

Milli.Az