Türkiyədə turistləri daşıyan avtobus aşıb - 1 ölü, 54 yaralı

3 Sentyabr 2022 19:54

Türkiyədə turistləri daşıyan avtobus aşıb.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Çanaqqala şəhərinin Ezine ilçəsində qeydə alınıb.

Avtobus idarəetməni itirib aşandan sonra su kanalına düşüb.

Qəza nəticəsində 1 nəfər ölüb, sürücü də daxil olmaqla 54 nəfər yaralanıb.

Hadisə yerinə tibbi, jandarma və xilasetmə qrupları cəlb edilib.

Milli.Az