Liverpul derbisində hesab açılmadı

3 Sentyabr 2022 17:50

Futbol üzrə İngiltərə Premyer Liqasının VI turunda Mersisayd derbisi keçirilib.

Milli.Az report-a istinadən xəbər verir ki, "Everton" "Liverpul"u qəbul edib.

"Qudison Park" stadionunda keçirilən Liverpul derbisi qolsuz bərabərliklə başa çatıb. Meydan sahiblərinin heyətində Konor Koudi 69-cu dəqiqədə topu rəqib qapısından keçirsə də, VAR sisteminə baxılaraq qolun oyundankənar vəziyyətdən vurulduğu müəyyən edilib.

"Liverpul" hazırda 9 xalla 5-ci, "Everton" isə 4 xalla 14-cü pillədə qərarlaşıb.

Milli.Az