Türkiyəli ulduz ailə qurur - FOTO

3 Sentyabr 2022 14:32

Türkiyəli aktrisa Merve Boluğur bir müddətdir birlikdə olduğu musiqiçi sevgilisi Mert Aydının evlilik təklifinə "hə" deyib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, sənətçilər bu barədə "Instagram" hesablarında paylaşım ediblər.

Onların paylaşımına çox sayda şərh və bəyənmə gəlib.

Qeyd edək ki, aktrisa 2015-2017-ci illərdə müğənni Murat Dalkılıçla evli olub.

Milli.Az