Məşhur ispan tennisçinin yarışda burnu sındı - VİDEO

3 Sentyabr 2022 14:08

Dünyanın tennis reytinqində ilk üçlükdə olan məşhur ispan tennisçi Rafael Nadal burnunu sındırıb.

Hadisə "USA Open" (ABŞ Açıq çempionatı - red.) turnirində baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, italiyalı Fabio Fonini ilə görüşdə irəlidə olan Rafael Nadalın burnuna raketka dəyib.

Meydana girən həkimlər onun burnunu sarıyıblar.

Qeyd edək ki, qarşılaşma Nadalın 3:1 hesablı qələbəsi ilə bitib.

Milli.Az