Rusiya və Ukrayna növbəti əsir mübadiləsi etdi

3 Sentyabr 2022 08:27

Sentyabrın 2-də Donetsk vilayətində Ukrayna və Rusiya arasında hərbi əsirlərin növbəti dəfə mübadiləsi baş tutub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu haqda Hərbi Əsirlərlə İş üzrə Koordinasiya Qərargahının Teleqram kanalında məlumat paylaşılıb.

"14 ukraynalı müdafiəçi vətənə qayıdıb. Hərbçilər bu ilin yazında əsir götürülmüşdü", - deyə məlumatda qeyd edilib.

Milli.Az