Rusiyanın teatr və kino aktyoru Sergey Nikolaev 46 yaşında vəfat edib.
Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə "Komediyaçılar" teatrı sosial şəbəkədə məlumat paylaşıb:
"Əlvida, bizim unudulmuş Cozefimiz, Antoniomuz... Bu gün biz Sergeyin ailəsi və dostları ilə birlikdə yas tuturuq".
Qeyd edək ki, aktyor "Fənərləri sınmış küçələr", "Gizli araşdırma", "Opera" və "Major-2" seriallarındakı rolları ilə tanınıb.
Milli.Az