Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Səbail rayonunda qeydə alınıb.
Belə ki, 1998-ci il təvəllüdlü Hüseynli Ağahüseyn Qılman oğlu yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.
Müayinə zamanı ona qapalı kəllə-beyin travması və döş qəfəsinin küt travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır .
Milli.Az