İstanbul boğazda gəmilərin hərəkəti dayandırılıb

3 Sentyabr 2022 08:23

İstanbuldan Ukraynaya gedən yük gəmisində nasazlıq səbəbindən boğazda gəmilərin hərəkəti dayandırılıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Sahil Təhlükəsizliyi Baş İdarəsindən məlumat verilib.

"İstanbuldan Ukraynaya gedərkən 107 metr uzunluğundakı "BRİZA" adlı yük gəmisində nasazlıq yaranıb",- deyə məlumatda bildirilir.

Milli.Az