""Qazprom"un bu addımı təəssüf ki, sürpriz deyil"

2 Sentyabr 2022 23:30

"Qazprom"un bu addımı təəssüf ki, sürpriz deyil.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Prezidenti Şarl Mişel "Twitter" səhifəsində bildirib.

"Qazdan silah kimi istifadə Aİ-nin qərarını dəyişdiməyəcək. Biz enerji müstəqilliyinə doğru yolumuzu sürətləndirəcəyik.

Bizim borcumuz vətəndaşlarımızı qorumaq və Ukraynanın azadlığını dəstəkləməkdir", - deyə Şarl Mişel bildirib.

Xatırladaq ki, "Qazprom" "Şimal axını" ilə tədarükü tamamilə dayandırdığını açıqlayıb.

Milli.Az