Məşhur aparıcı Ronalduya görə işindən oldu - FOTO

2 Sentyabr 2022 22:10

"Ajansspor"un müxbiri Kartal Yiğit Kriştianu Ronalduyla bağlı yanlış məlumat yayımladığına görə işdən çıxarılıb.

Milli.Az musavat.com-a istinadən bildirir ki,Kartal Yiğit dünən "Kriştianu Ronaldu Fənərbağçada" başlıqlı paylaşım edib. Bu da nəinki sosial mediada gündəm olub, hətta xaricdə də böyük əks-səda doğurub.

Məşhur aparıcı paylaşımının qurbanına çevrilib. Belə ki, "Ajansspor" Kartal Yiğitlə yollarını ayırıb. 

Milli.Az