Hava limanı işçisi faciəvi şəkildə öldü

2 Sentyabr 2022 20:36

Nyu-Orleanda (ABŞ) hava limanının işçisi saçları baqaj konveyerinə ilişdiyi üçün ölüb.

Milli.Az bildirir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Hadisə çərşənbə axşamı, avqustun 30-da baş verib. 26 yaşlı Jermani Tompson yenicə çatan "Frontier Airlines" təyyarəsini boşaldarkən onun uzun saçlarını daşıyıcı hopdurub.

Nəticədə qızın baş dərisi qoparılıb. O, xəstəxanaya çatdırılsa da, orada dünyasını dəyişib. Hava limanının və daşıyıcının nümayəndələri amerikalının ölümü ilə əlaqədar başsağlığı verib.

İrfan Vəliyev
Milli.Az