Azərbaycanda vəzifəli şəxs İŞDƏN ÇIXDI - FOTO

2 Sentyabr 2022 11:37

"Atasığorta" ASC-nin İdarə Heyətinin sədri Orxan Məmmədov işdən çıxıb.

Milli.Az APA-ya istinadən bildirir ki, onun yerinə hələ ki, təyinat olmayıb.

Sədr vəzifəsini müvəqqəti olaraq sədr müavini Xətai İsmayılov icra edir.

Xatırladaq ki, "Atasığorta" 2004-cü ildən fəaliyyət göstərir, "AtaHolding" MMC-yə daxildir. Onun nizamnamə kapitalı 14,6 milyon manatdır. Şirkətin səhmləri 100% adı çəkilən holdinqə məxsusdur.

Milli.Az