Ekspert: Rusların sursatı bu tarixdə tam tükənəcək

2 Sentyabr 2022 16:28

Rusiya hərbi bölmələri sursatla bağlı problemlər yaşamağa başlayıblar.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bunu ukraynalı hərbi-siyasi müşahidəçisi Aleksandr Kovalenko deyib.

Ekspert deyib ki, Rusiya ordusunun atıcı və reaktiv tipli sursatları azalır.

Kovalenkonun sözlərinə görə, yaxın 2-3 ay ərzində Rusiya ordusu ehtiyac duyduğu bütün döyüş sursatları ilə təmin olunacaq, lakin payızın sonu, qışın əvvəlində sursatla bağlı vəziyyət qıtlıqdan kəskin kritik həddə keçəcək.

Milli.Az