Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənov sosial şəbəkədə etdiyi paylaşımlarla gündəmə gəlib.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, məktəb illərində çəkilən şəklini yayımlayan bloger "Əgər sizə elə gəlirsə ki, məktəb illəri ən pisidir, xeyr, ən pisi hələ qarşıdadır" - şərhini yazıb.
Daha sonra isə lüks avtomobilində fotosunu paylaşan H.Həsənov həmin illərdəki arzularını da qeyd edib:
"Məktəbdə oxuduğum dövrlərdə hər zaman xəyal qururdum ki, məşhur, zəngin və uğurlu olacağam. Sentyabrın 1-də məktəbə gözəl avtomobildə gələcəyəm. Arzular çin olur. Balaca böyüdü".
Milli.Az