İstanbulda minifutbol yarışı döyüş meydançasına çevrildi

2 Sentyabr 2022 16:12

İstanbulun Ümraniye rayonunda minifutbol yarışı döyüş meydançasına çevrilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, futbol oynayan insanlar arasında mübahisə düşüb və yumruq davasına keçib. İki qrup təpik və yumruqlarla bir-birinə hücum edib. Meydanda olan digər insanlar onları ayırmaq üçün davaya qarışıblar. Dava edənləri çətinliklə ayırmaq mümkün olub.

Həmin anlar kameraya əks olunub.

Milli.Az