"Liverpul" "Yuventus"un yarımmüdafiəçisini icarəyə götürdü

2 Sentyabr 2022 15:40

İngiltərənin "Liverpul" futbol klubu İtaliyanın "Yuventus" klubunun yarımmüdafiəçisi Arturu icarəyə götürüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, 26 yaşlı braziliyalı bu mövsümün sonuna kimi Turin klubundan transfer hüququ olmadan icarəyə götürülüb.

Qeyd edək ki, Artur ötən mövsüm "Yuventus"un heyətində 31 oyuna çıxıb. Onun bazar dəyəri 18 milyon avro qiymətləndirilir.

Milli.Az