Bu ölkədə meymunçiçəyindən ilk ölüm halı qeydə alındı

2 Sentyabr 2022 16:36

Belçikada meymunçiçəyi xəstəliyindən ilk ölüm halı qeydə alınıb.

Trend xəbər verir ki, bu barədə Belçikanın "Sciensano" İctimai Səhiyyə İnstitutunun həftəlik hesabatında deyilir.

"Bu günə qədər, meymunçiçəyi xəstəliyinə yoluxmuş bir ölüm halı qeydə alınıb. Ölən şəxsin başqa xəstəlikləri də olub", - deyə hesabatda bildirilir.

Qeyd edilir ki, hazırda ölkədə meymunçiçəyinə 706 yoluxma halı təsdiqlənib.

Milli.Az