Argentinanın vitse-prezidentinə atəş açmaq istəyən şəxs saxlanılıb

2 Sentyabr 2022 08:21

Argentina polisi vitse-prezident Kristina Fernandes de Kirşnerə silah tuşlayan şəxsi həbs edib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə "Cinco Noticias" kanalı məlumat yayıb.

Hadisə Fernandes de Kirşner evinin qarşısında avtomobildən çıxarkən baş verib. Kadrlardan görünür ki, kütlənin içində dayanan kişi tapançanı vitse-prezidentin alnına dirəyir. O tətiyi çəksə də, silah açılmır.

Polis hadisəni törədən şəxsi həbs edib. Onun daha əvvəl odlu silah gəzdirdiyinə görə həbs edilmiş Braziliya vətəndaşı olduğu bildirilir.

Milli.Az