Bakıda 55 yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb

2 Sentyabr 2022 07:35

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az "report"a istinadən bildirir ki, hadisə Xəzər rayonunda qeydə alınıb. Buzovna qəsəbəsində 55 yaşlı Əli Məmmədov qonşusu ilə mübahisə zəminində bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə 3 saylı şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona soltərəfli qarın boşluğunda bir ədəd kəsilmiş-deşilmiş bıçaq yarası diaqnozu qoyulub. Yaralı əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az