Bakı sakini bıçaqlanıb

2 Sentyabr 2022 07:07

Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Binə qəsəbəsində qeydə alınıb.

1989-cu il təvəllüdlü Əliyev Orxan Şakir oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az