Şəmkirdə avtomobil aşıb, xəsarət alanlar var

1 Sentyabr 2022 23:51

Şəmkir rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Zəyəm qəsəbəsində qeydə alınıb. Minik avtomobilinin idarəetmədən çıxaraq aşması nəticəsində rayon sakinləri - 2006-cı il təvəllüdlü E.İsmaylov, 2005-ci il təvəllüdlü E.Vəliyev və 2005-ci il təvəllüdlü E. İsmayılov xəsarət alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az