"Barselona" Breytveytlə yolları ayırdı

1 Sentyabr 2022 21:13

"Barselona" futbolçusu Martin Breytveytlə yollarını ayırıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, danimarkalı hücumçunun müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv olunub. Onun sözləşməsi 2024-cü ilin iyununa qədər idi.

Qeyd edək ki, Martin Breytveyt 2020-ci ildən "Barselona"da çıxış edirdi.

Milli.Az