Neftçalada azyaşlı dənizdə boğuldu

1 Sentyabr 2022 18:28

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Neftçala rayonu, Şirvanlı kəndində, dənizdə ("Neftçala" sularda xilasetmə məntəqəsindən təqribən 600 m aralı, nəzarətsiz ərazidə) 1 nəfər azyaşlının batması barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən verilən xəbərə görə, hadisə yerinə cəlb olunan nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən azyaşlının meyiti sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Milli.Az