İtaliya Prezidenti: Bu, ölkələrimiz arasında dostluq əlaqələrinin mühüm nümunəsidir

1 Sentyabr 2022 18:14

Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin 30 illiyini qeyd edirik. Bu səhər Siz Azərbaycan səfirliyinin yeni binasını açdınız. Bu, İtaliya ilə Azərbaycan arasında dostluq əlaqələrinin mühüm nümunəsidir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə İtaliya Prezidenti Sercio Mattarella Azərbaycan Prezidenti İlham Əliyev ilə Romada keçirilən görüşündə bildirib.

"Əlaqələrimizin strateji əhəmiyyətindən xəbər verən 2020-ci ildəki səfərdən sonra Sizi burada, Kuirinale Sarayında yenidən qəbul etməkdən çox məmnunam və şərəf hissi duyuram", - deyə Prezident Sercio Mattarella qeyd edib.

Milli.Az