TV ulduzu evdə ölü tapıldı

1 Sentyabr 2022 19:32

ABŞ-da "Beyond Scared Straight" realiti şousu ilə tanınan 24 yaşlı Eşli Tropez Kaliforniyada tərk edilmiş evdə ölü tapılıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, hadisə San - Bernardino şəhərində baş verib.

Digər tərəfdən ölü tapılan Tropezin bədənində bəzi çapıqların olduğu, hadisə ilə bağlı istintaqın davam etdiyi və indiyə qədər bir nəfərin həbs edildiyi açıqlanıb.

Milli.Az