Gəncədə 6 yaşlı uşaq qaynar suda yandı

1 Sentyabr 2022 11:45

Gəncədə 6 yaşlı uşağın üzərinə qaynar su tökülüb. 

Milli.Az xəbər verir ki, 2016-cı il təvəllüdlü şəhər sakini Z.Zeynalovanın ehtiyatsızlıqdan bel və kürək nahiyəsinə qaynar su tökülməsi nəticəsində o, 2-ci və 3cü dərəcəli yanıqları alıb.

Azyaşlı xəstəxanaya yerləşdirilib, faktla bağlı araşdırma aparılır.

Milli.Az