Taksi sürücüsü soyuldu

11 May 2010 16:15
Rayon Polis İdarəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, 2 naməlum şəxs Xırdalan şəhər sakini 50 yaşlı İbrahim Dəlilinin idarə etdiyi "Cerri" markalı avtomobilə sərnişin qismində oturub, Hüseynzadə küçəsinə sürdürüb. "Müştərilər" orada sürücünü hədələyərək pul və mobil telefonunu ondan alıblar.

Hazırda cinayəti törədən şəxslərin axtarışı həyata keçirilir.
Faktla bağlı cinayət işi başlanıb.

Milli.Az