Aktrisa hər seriya üçün 150 min alacaq

1 Sentyabr 2022 18:20

Beş il fasilədən sonra "Gecenin ucunda" serialında yer alan aktrisa Tuba Ünsalın alacağı qonorar bəlli olub.

Milli.Az unikal.org-a istinadən xəbər verir ki, aktrisa hər bölüm üçün 150 min lirə (təxminən 14 min manat) məvacib qazanacaq.

Qeyd edək ki, serialın baş rollarını Neslihan Atagül, Kadir Doğulu və Zuhal Olcay paylaşacaq. 

Milli.Az