Zorro haqqında serial çəkilir

1 Sentyabr 2022 18:56

İspaniyada Zorro haqqında yeni serial çəkilir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, çəkilişlərə məşhur "La casa de papel" ("Kağız ev") serialının rejissoru Xavyer Kintas rəhbərlik edir.

Serialda hadisələr 1830-cu illərdə Los-Ancelesdə cərəyan edəcək.

"İspan Robin Qud"un obrazını Migel Bernardo canlandıracaq.

Serialın çəkilişləri iyulun sonunda başlayıb. Onun premyerası "Amazon Prime Video"da baş tutacaq. İlk nümayişin tarixi hələ məlum deyil.

Milli.Az