Azərbaycanda gənc oğlan xalasıgildə özünü öldürdü

1 Sentyabr 2022 08:29

Abşeronda intihar hadisəsi olub.

Milli.Az musavat.com-a istinadən bildirir ki, hadisə Xırdalan şəhərində yerləşən "Kristal Abşeron-2" yaşayış kompleksində baş verib.

Xalasıgilə qonaq gələn Sumqayıt şəhər sakini 21 yaşlı Bağırlı Bəhruz Nurəddin oğlu 3-cü mərtəbənin eyvanından özünü ataraq həyatına son qoyub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az