Sankt-Peterburqdan Bakıya əlavə təyyarə reysi açılacaq

1 Sentyabr 2022 08:58

Rusiyanın "Utair" aviaşirkəti yüksək tələbatla əlaqədar sentyabrın 7-dən etibarən Sankt-Peterburqdan Bakıya əlavə reys açacaq.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə hava limanının idarəedici şirkətinin mətbuat xidməti məlumat yayıb.

"Utair" aviaşirkəti Pulkovo hava limanından Bakıya uçuşların sayını həftədə 3-dən 4-ə çatdıracaq. Sentyabrın 7-dən daşıyıcı əlavə reys açacaq: indi aviaşirkət reysləri bazar ertəsi, çərşənbə, cümə axşamı və cümə günləri həyata keçirəcək. Bakı yayın əvvəlindən Sankt-Peterburqdan ən populyar beynəlxalq istiqamətlər arasında "Top-10"a daxildir", - mətbuat xidmətindən bildirilib.

Yeni reysin tətbiqi ilə Sankt-Peterburqdan Bakıya aviareyslərin ümumi sayı həftədə altı dəfədən yeddi dəfəyə yüksələcək.

Milli.Az