Dağıstanda dəhşətli qəza: 6 ölü

1 Sentyabr 2022 08:23

Dağıstanın Untsukulski rayonunda üç avtomobilin toqquşması nəticəsində 6 nəfər ölüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə avqustun 31-də saat 23:00 radələrində Şamilkala-Vremennı avtomobil yolunun 10-cu kilometrliyində baş verib.

İlkin məlumata görə, qəzaya səbəb "VAZ-2112" markalı avtomobilin sürücüsünün ötmə əməliyyatını düzgün yerinə yetirməməsi olub.

Bundan sonra əks yol çıxan "VAZ-2112" "LADA Granta" və "VAZ-21093" markalı avtomobilləri ilə toqquşub.

Hadisə yerində istintaq-əməliyyat qrupu işləyir.

Milli.Az