Sərhədin delimitasiyası üzrə komissiyaların növbəti iclası noyabrda keçiriləcək

31 Avqust 2022 20:08

Azərbaycan və Ermənistan arasında sərhədin delimitasiyası üzrə komissiyaların növbəti iclası noyabrda Brüsseldə keçiriləcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin dəvəti ilə Brüsseldə işgüzar səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu gün keçirilən görüşün yekunlarına dair bəyanatında deyilir.

Qeyd edək ki, bu gün Belçika Krallığının paytaxtı Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü baş tutub.

Milli.Az