Tarkan Rianna ilə duet oxumaq istəyir

11 May 2010 16:13
Milli.Az xəbər portalı "Habertürk"ə istinadən xəbər verir ki, Tarkan analoji təkliflə bir neçə ay əvvəl də çıxış edib, lakin Riannadan mənfi cavab alıb. Bununla belə, onun Rianna ilə duet oxumaq israrını "yox" cavabı da yox edə bilməyib. Məşhur müğənninin iyunun 3-də İstanbulda konsert verəcəyindən xəbər tutan Tarkan duet planını yenidən işə salıb. Onun yeni albomu da məhz Riannadan müsbət cavab ala bilmədiyinə görə ləngiyir.

Meneceri vasitəsilə növbəti dəfə təklif göndərən Tarkan yenə "yox" cavabı almamaq üçün kisənin də ağzını açıb. Əldə olunan məlumatlara görə, o, Rianna ilə İstanbul səhnəsini paylaşmaq üçün 50 min dollar təklif edir. Məşhur ulduzun bu təklifiə hansı cavabı verəcəyi maraqla gözlənilir.

Milli.Az