Şirvanda avtomobil 8 yaşlı uşağı vuraraq öldürüb

31 Avqust 2022 14:52

Şirvanda azyaşlını avtomobil vuraraq öldürüb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Şirvan şəhəri köhnə şəhər massivində qeydə alınıb. "Wolksvagen" markalI avtomobil təkərinin partlaması nəticəsində aşıb və yol kənarında dayanan Şirvan sakini, 8 yaşlı Aslanov Rəvan Rafayıl oğlunu vurub. Azyaşlı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az