Türkiyə İraqda nüfuzlu terrorçunu zərərsizləşdirdi

31 Avqust 2022 13:52

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı PKK üzvü olan nüfuzlu terrorçu Ümit Tarhanı zərərsizləşdirib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Ümit Tarhan İraqın şimalında həyata keçirilən əməliyyat zamanı zərərsizləşdirilib.

Məlumata görə, o, PKK terrorçularının hücum və təxribatlara hazırlığı və təlimi ilə məşğul olub.

Milli.Az