Minlərlə erməni Xankəndidə etiraza qalxdı

31 Avqust 2022 11:37

Ötən gün Xankəndidə ermənilər aksiya keçirib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar separatçı rejimin rəhbərindən qondarma "maliyyə", "təhlükəsizlik şurası" və "nazirlər kabineti" rəhbərlərinin istefaya göndərilməsini tələb ediblər.

Nümayişdə mindən çox şəxsin iştirak etdiyi qeyd olunur.

Aksiya iştirakçıları tələbləri yerinə yetirilənə qədər etirazlarını davam etdirəcəklərini bildiriblər.

Milli.Az