Sürdüyü avtomobilin altında qaldı

31 Avqust 2022 18:28

Rusiyada qadın özünün sürdüyü avtomobilin altına düşüb. Hadisə Yujno-Saxalinskdə baş verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bildirilir ki, maşını arxaya verən qadın manevr zamanı yıxılıb və avtomobilinin altında qalıb. O yaralanıb.

Bu zaman onun sürücüsüz qalan avtomobili dayanmayıb və dayanacaqda olan daha iki avtomobilə çırpılıb.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.

Milli.Az