“Ankaranı ona F-35 verib-verməməsi narahat etmir” - Türkiyə lideri

31 Avqust 2022 07:35

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Kompleksində Zəfər Gününə həsr olunmuş təntənəli konsertdə iştirak edib.

Milli.Az "report"a istinadən bildirir ki, konsertdən əvvəl çıxış edən Türkiyə dövlət başçısı F-35 döyüş təyyarələrinin tədarükü məsələsinə toxunub:

"Amerika Yunanıstana bizə vermədikləri F-35-ləri təklif etməklə Rusiyanın hava hücumundan müdafiəsinin bu təyyarələrlə eyni sistemdə olmasına yol açdı. Ankaranı ona (ABŞ - Red) F-35 verib-verməməsi narahat etmir. Bizə verilməyən istənilən məhsulu istehsal etməyə qadirik", - deyə, o bildirib.

Milli.Az