"Qaz tədarükünün tamamilə dayandırılması..."

31 Avqust 2022 07:00

Rusiya tərəfindən qaz tədarükünün tamamilə dayandırılması bütün Aİ ölkələrinin vəziyyətinə təsir göstərəcək.

Trend xəbər verir ki, bu barədə çərşənbə axşamı Fransanın baş naziri Elizabet Born TMS telekanalına müsahibəsində bildirib.

Eyni zamanda, hökumət başçısı qeyd edib ki, Aİ ölkələrinin qışa hazırlaşmağa hələ vaxtı var.

O, həmçinin bütün fransızları enerjiyə qənaət etməyə çağırdığını təkrarladı.

Milli.Az