Tayvan ilk dəfə Çin hərbi PUA-sına atəş açıb

30 Avqust 2022 23:26

Tayvan hərbçiləri ilk dəfə Çin ordusuna məxsus pilotsuz uçuş aparatına xəbərdarlıq atəşi açıb.

Hadisə PUA-nın Kinmen adalarına yaxınlaşması zamanı baş verib.

Xəbərdarlıqdan sonra dron ərazidən uzaqlaşıb.

Qeyd edək ki, son aylarda ABŞ adaya hərbi-siyasi dəstəyi daha da artırıb.

Yaxın günlərdə ABŞ prezidenti Co Bayden Konqresdən Tayvana ümumilikdə 1,1 milyard dollarlıq silah satışına razılıq verilməsini xahiş etmək niyyətindədir.

Milli.Az