Zaqatalada meşədə yanğın məhdudlaşdırılıb

30 Avqust 2022 23:14

Zaqatalada yüksək dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb.

Bu barədə FHN-dən məlumat verilib.

Bu gün günorta saatlarında Zaqatalada yüksək dağlıq meşəlik ərazidə başlayan yanğın axşam saatlarında məhdudlaşdırılıb.

Yanğın ümumilikdə 10 hektar ərazini əhatə edib.

Hazırda ərazidə yanğının tam söndürülməsi, soyutma və kəşfiyyat işləri aparılır.

Milli.Az