Dünyaca məşhur filmin Azərbaycan versiyası çəkilir - FOTO

30 Avqust 2022 22:57

Dünya məşhur "Möhtəşəm qəriblər" ("Perfect strangers") filminin Azərbaycan versiyası çəkilir.

Bu haqda aktyor Elcan Rəsulov məlumat yayıb. O bildirib ki, ekran işinin premyerası bu qız planlaşdırılır.

"Bu kino 2017- ci ildən bu günə qədər dünyanın 25-ə yaxın ölkəsində çəkilib. Bu il isə Azərbaycanda çəkilir. Qış aylarında yerli kinoteatrlarda sizə təqdim olunacaq" deyə, Elcan bildirib.

Filmdə Əməkdar artist Dilarə Əliyeva, aktrisa Oksana Rəsulova, aktyorlar Ziya Ağa, Oqtay Mehdiyev, Günay Əhməd, Fərhad Səmimi rol alacaq. Ekran işinin rejissorluğunu Vüsal Hacı Qədir edir, ssenarini isə Fariz Əliyev yazıb.

Milli.Az