Bakıda növbəti dəhşət saçan QƏZA: Ata və 8 yaşlı qızını maşın VURDU

30 Avqust 2022 22:29

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində sərnişinlər 1988-ci il təvəllüdlü Nağıyev Vamiq İlham oğlu və onun 8 yaşlı övladı Nağıyeva Sərvanə Vamiq qızı xəsarət alıblar. Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Hadisənin təfərrüatı araşdırılır.

Milli.Az