Ermənistan polis bölməsinə bomba qoyuldu

30 Avqust 2022 22:27

Ermənistanın Taşir polis bölməsinin yerləşdiyi binaya bomba qoyulması ilə bağlı Lori Böhranlı Vəziyyətlərdə Regional İdarəetmə Mərkəzinə məlumat daxil olub.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Ermənistan FHN məlumat yayıb.

Əraziyə yanğınsöndürmə və xilasetmə briqadası cəlb edilib.

Polislər binadan təxliyə edilib və ərazi mühairəyə alınıb.

Milli.Az