Çe Qevaranın oğlu vəfat etdi

30 Avqust 2022 20:52

Kuba inqilabının liderlərindən olan Çe Qevaranın oğlu Kamilo Qevara dünyasını dəyişib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, 60 yaşlı Kamilo Qevaranın ölüm xəbərini Kuba Prezidenti Migel Diaz-Kanel açıqlayıb.

Bildirilib ki, Kamilo Qevara Venesuelaya səfəri zamanı təyyarədə ürək tutmasından dünyasını dəyişib.

Milli.Az