"Tottenhem"in futbolçusu "Atletiko"da

30 Avqust 2022 21:06

"Atletiko" heyətini yeni futbolçu ilə gücləndirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Madrid təmsilçisi "Tottenhem"dən Serxio Reqilonu transfer edib. Bu barədə La Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

25 yaşlı müdafiəçi 2022/2023 mövsümünü icarə əsasında "Atletiko"da keçirəcək.

Qeyd edək ki, Serxio Reqilon "Tottenhem"ə 2020-ci ilin yayında məhz "Atletiko"dan transfer olunub. İspaniya millisinin üzvü son mövsümdə Premyer Liqa klubunun heyətində meydana çıxdığı 31 matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Milli.Az