"Azərbaycandakı “Teknofest” gözlədiyimizdən daha çox maraqla qarşılandı"

30 Avqust 2022 18:38

Azərbaycanda keçirilən "Teknofest" gözlədiyimizdən daha çox maraqla qarşılandı.

Bu barədə Trend-in suallarını cavablayarkən Türkiyənin "Baykar Makina" şirkətinin texniki direktoru Səlçuk Bayraktar deyib.

O qeyd edib ki, "Bir millət, iki dövlət, tək festival" şüarı festivalda bir daha sübut edildi.

"Azərbaycanda yenidən "Teknofest" festivalı keçirmək istəyərdik. Bizim üçün bu il keçirilən festival gözəl bir təcrübə oldu. Bu festival həmçinin yaxşı gündə,pis gündə daima birlikdə olduğumuzun bir göstəricisi oldu",- deyə o əlavə edib.

Milli.Az