Neftçalada 65 yaşlı kişi qətlə yetirilib

30 Avqust 2022 14:37

Neftçalada qətl hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Neftçala rayonunun Xıllı kəndində baş verib. Həmin kəndin sakini, 1984-cü il təvəllüdlü Qurbanov Saleh Valeh oğlu həmyerlisi, 1957-ci təvəllüdlü Əliyev Səxavət Məclum oğlunu öz evində bıçaqla qətlə yetirib.

Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.

Faktla bağlı Neftçala Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Milli.Az